“Qalatasaray”da yeni simalar
18.05.2010 - 23:54
“Qalatasaray” növbəti mövsümə hazırlığı indidən başlayıb. Apasport.az saytının xəbərinə görə, “sarı-qırmızı” komanda "Kayserispor"dan Ali Turanı və "Altay"dan Musa Çağıranı heyətinə qatıb.
Bundan başqa, "Beşiktaş"ın futbolçusu Serdar Özkan və "Bursaspor"dan Mehmet Battalla da müqavilə imzalanacaq. Eyni zamanda, "Aslan" xaricdən də bir neçə futbolçu almaq fikrindədir. "Qalatasaray"a transfer olunmağa namizəd olan futbolçuların siyahısında Lion "Olimpik"inin isveçli müdafiəçisi Kim Kallstrem və "Blekbern"nin avstraliyalı futbolçusu Vinçentso Qrella yer alır. Klub rəhbərliyi bu futbolçuların transferini həyata keçirmək üçün işlər görür.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0