Qurban Qurbanov Avropa Liqasında güclü rəqiblə oynamaq istəyir
19.05.2010 - 12:22
“Çempionatda 3-cü yer tutmaqla, Avropa Liqasında oynamaq imkanı qazanmışıq. Yarışa I təsnifat mərhələsindən başlayacağıq. Əlbəttə, asan başa gələn iş yoxdur. Nəyəsə nail olmaq istəyirsənsə, mütləq mübarizə aparmalı və çalışmalısan. Hər bir komanda kimi, biz də güclü rəqiblə oynamaq, nəyə qadir olduğumuzu göstərmək istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi ötən il olduğu kimi, yenə Avropa Liqasında mübarizə aparacaq. Gənc mütəxəssis bildirib ki, ötən il 2 mərhələ keçən komandanı bu dəfə daha irəli aparmaq istəyir: “Ötən ilki nəticələrdən sonra məsuliyyətimiz daha da artıb. İndidən konkret nəsə demək çətinidir. Amma mümkün qədər irəli getmək üçün çalışacağıq. Azərbaycanın, Qarabağın adını avrokuboklarda layiqincə təmsil etmək bizim borcumuzdur”.
Qurbanov heyətdə aparılacaq islahatlardan da danışıb. O, yenə yerli futbolçuları heyətə cəlb etmək üçün çalışacağını bildirib: “Əgər, bəyəndiyimiz yerli futbolçuları transfer edə bilməsək, onda bir neçə əcnəbi oyunçu dəvət edəcəyik. Gurultulu transfer olub-olmadığını deyə bilmərəm, amma futbolçu cəlb edəcəyimiz dəqiqdir. Hələlik, hazırkı heyət üzvlərindən heç biri ilə vidalaşmamışıq. Yəqin ki, bu 3-4 gündən sonra bilinəcək. Bu da var ki, hamı ilə yolumuza davam edə də bilərik. Avropa Liqasının oyunları öncəsi heyəti qorumaq vacibdir”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0