Millimizin məşqçisi yorğunluqdan şikayətlənir
19.05.2010 - 14:29
“Özbəkistan yığması ilə oyunda futzalçılarımızın yorğun olması özünü büruzə verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının məşqçisi İlqar Aslanov deyib.
O bildirib ki, yığmamızın Braziliyadan olan baş məşqçi və oyunçularının yoxluğunda yollandığı Özbəkistan səfərində ilk məğlubiyyətini alması səbəbsiz deyil. Aslanovun sözlərinə görə, dünən 3:3 etdiyimiz yığma ilə bugünkü görüşdə (2:4) uduzmamaq da olardı: “Yorğunluqdan başqa itkilər də özünü göstərdi. İki futzalçımız - Hikmət Bağırovla Rüfət Balakişiyev zədəli idilər. Rəqiblə müqayisədə oyunun tempinə uyğun çıxış edə bilmədik. Qol imkanlarından istifadə etsəydik, nəticə başqa cür ola bilərdi”.
Mənbə: affa.az

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0