Berti Foqts milli komandaya daha iki futbolçu çağırdı
19.05.2010 - 16:27
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu gündən etibarən başlayan təlim-məşq toplanışına daha 2 futbolçu cəlb olunub. Bunlar Bakının “Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanov və Ağdamın “Qarabağ” komandasında çıxış edən Vüqar Nadirovdur.
Qeyd edək ki, bu, Berti Foqtsun açıqladığı ilkin siyahıda ikinci dəyişiklikdir. Bir müddət əvvəl zədələnən Əfran İsmayılov ilkin heyətdən çıxarılmışdı.
Mənbə: affa.az
Qeyd edək ki, bu, Berti Foqtsun açıqladığı ilkin siyahıda ikinci dəyişiklikdir. Bir müddət əvvəl zədələnən Əfran İsmayılov ilkin heyətdən çıxarılmışdı.
Mənbə: affa.az
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0