Holland futbolçudan “Xəzər-Lənkəran”a mesaj - FOTO
19.05.2010 - 23:15
“İnanıram ki, kubokun final oyunu bizim üçün yaxşı alınacaq. Karyeramda ilk dəfə final həyəcanı yaşayacağam”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Adnan Bərəkət deyib.
Paytaxtın eyniadlı komandasında ilk mövsümünü keçirən hollandiyalı futbolçu bazar günü “Xəzər-Lənkəran”la baş tutacaq final matçı barədə fikirlərini bildirib. Onun sözlərinə görə, karyerasında ilk dəfə ölkə kubokunun həlledici qarşılaşmasının həyəcanını yaşayacaq: “Hollandiyada çıxış edərkən bir dəfə yarımfinala yüksəlsək də, bundan artığını bacarmadıq. Ona görə də karyeramın ilk kubokunu qazanmaq istəyirəm. Hamımız qarşıdakı oyuna köklənmişik. Qələbə qazanmaq istəyirik. Çempionatda “Xəzər-Lənkəran”a qarşı bir qədər ehtiyatlı oynadıq. Çünki səfərdə çıxış edirdik. Bununla belə, rəqib meydan amilindən yararlana bilmədi. Çünki biz taktiki cəhətdən çox yaxşı oynadıq. Amma bu dəfə biz öz meydanımızda çıxış edəcəyik. “Xəzər-Lənkəran”a evdə necə oynamağın lazım gəldiyini göstərəcəyik. Hazırda rəqib çox hirslidir. Çünki biz onları çempionluqdan etdik. Lakin biz gücümüzə inanırıq. Qələbə qazanacağımıza əminəm”.
Qeyd edək ki, final oyunu mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0