Rəşad Sadıqov nəticə qazanmağın yolunu göstərdi
20.05.2010 - 17:05
“Milli komandanın hazırlığı normal davam edir. Məşq prosesi elə qurulub ki, mövsümün yeni başa çatmasına baxmayaraq, futbolçular yorğunluq hiss etmirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov deyib.
28 yaşlı müdafiəçi mayın 19-da başlayan təlim-məşq toplanışının, Avstriyada baş tutacaq yoldaşlıq oyunlarının əhəmiyyətli olduğunu düşünür. Yığmamızın kapitanı bunu rəsmi matçlara az vaxt qalması ilə izah edib: “Avstriyada keçirəcəyimiz oyunların üçü də vacibdir. Artıq hazırlığa başlamışıq. İnşallah, yaxşı oynayıb, ümidləri doğrultmalıyıq. Hesabla bağlı proqnoz vermək istəmirəm. Rəqiblərimizin üçü də yaxşı komandadır. Biz öz oyunumuzu, baş məşqçinin verəcəyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Bunu bacarsaq, nəticə özü gələcək. Artıq Avropa çempionatının seçmə oyunlarına az vaxt qalıb. Bundan səmərəli istifadə etməliyik”.
Qeyd edək ki, yığmamız mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Honduras yığması ilə görüşəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0