Sadıq Sadıqov: Araz Abdullayev “Neftçi”də qalmayacaq
21.05.2010 - 10:18
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin İngiltərənin “Everton” klubuna transferi britaniyalılardan asılıdır. Bu barədə apasport.az saytına “Neftçi” komandasının prezidenti Sadıq Sadıqov məlumat verib. O bildirib ki, gənc futbolçunu “ağ-qaralar”ın heyətində saxlamaq fikrində deyil: “Bu məsələdə ingilisləri gözləyirik. “Everton” rəsmiləri növbəti addım atmalıdır. Onların danışıqlar üçün nə vaxt gələcəklərini gözləyirik. Məqsədimi Arazı “Neftçi”də saxlamaq deyil”.
Qeyd edək ki, bir müddət əvvələdək “Neftçi”nin Abdullayevi “Everton”a buraxmaq istəmədiyi haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, bir müddət əvvələdək “Neftçi”nin Abdullayevi “Everton”a buraxmaq istəmədiyi haqda xəbərlər yayılmışdı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0