Berti Foqtsdan İlqar Qurbanova cavab
21.05.2010 - 10:54
İlqar Qurbanov yenidən Azərbaycan milli komandasına qayıda bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə yığmanın baş məşqçisi Berti Foqts məlumat verib.
Almaniyalı çalışdırıcı 23 yaşlı yarımmüdafiəçinin yığma perspektivini izah edərkən bildirib ki, əvvəlki hərəkətlərinə görə üzr istəməyə hazır olan Qurbanovun öz klubunda daim oynaması vacib şərtdir: “İlqar Qurbanov yenidən milli komandaya qayıtmaq üçün fiziki hazırlığını bərpa etməlidir. O, əvvəl “Olimpik-Şüvəlan”ın “11-liy”ində möhkəmlənməlidir. Bundan sonra özünü sübut edə bilərsə, yığmaya da çağırılar. Bunun üçün məndən üzr istəmək lazım deyil”.
Qeyd edək ki, mövsümü başa çatan kimi “Olimpik-Şüvəlan”ın heyətindən kənarlaşdırılan Qurbanov bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, milli komandaya qayıtmaq üçün baş məşqçi Berti Foqtsdan üzr istəməyə hazırdır.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0