Berti Foqts: Kubokun finalından sonra heyətdə dəyişikliklər olacaq
21.05.2010 - 10:59
“Komandamız 4 gündür bir yerdədir. Hazırlığımız normal gedir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
64 yaşlı almaniyalı mütəxəssis milli komandanın Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edən heyətdə dəyişikliklərin mümkünlüyünü bildirib: “Azərbaycan kubokunun finalından sonra heyətdə dəyişikliklər olacağı istisna deyil. Ola bilər ki, bəzi oyunçuları dəvət edim, bəzilərini isə Avstriya toplanışına aparmayaq. Onda kimdən razı, kimdən narazı qaldığım bilinəcək”.
Qeyd edək ki, yığmamız mayın 24-də Avstriyaya yola düşür.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0