“Milli komandaya çağırılmışamsa, deməli, buna layiqəm”
21.05.2010 - 12:01
“Milli komandaya çağırılmışamsa, deməli, buna layiqəm. Oyunumla da bunu sübut etməyə çalışacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə deyib.
Yığmanın bu günkü açıq məşqindən sonra hazırlıqla bağlı fikirlərini açıqlayan 18 yaşlı yarımmüdafiəçi Avstriyadakı oyunlara nikbin baxır: “Yığmada ilk dəfə deyiləm. Bu səbəbdən məşqçi və oyunçuları tanıyıram. Düşünürəm ki, yoldaşlıq oyunlarında da özümü göstərə biləcəyəm”.
Qeyd edək ki, “Neftçi”də çıxış edən Amit Premyer Liqada yalnız sonuncu turda debüt edib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0