“Bakı” futbolçularının ağzını “bağladı”
21.05.2010 - 12:49
“Bakı” klubunun rəhbərliyi futbolçularına qadağa qoyub. Apasport.az saytının məlumatına görə, oyunçulara mətbuatla ünsiyyətə icazə verilmir.
Qadağa bazar günü keçiriləcək Azərbaycan kubokunun final matçı ilə əlaqədardır. Əgər kimsə buna məhəl qoymayıb, mətbuatla ünsiyyətə razılıq verərsə, həmin futbolçu rəhbərlik səviyyəsində cəzalandırılacaq. Qadağa isə kubokun finalından sonra aradan götürüləcək.
Qeyd edək ki, dünən “Bakı”da rəhbərliyin iştirakı ilə iclas keçirilib. İclasın gündəliyində kubokun final matçı əsas müzakirə mövzusu olub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0