“Qalatasaray” klubu Superliqanın ən sərrast futbolçusunu alır
22.05.2010 - 00:53
"Qalatasaray" ön xətdə Milan Baroşla bir yerdə oynaya biləcək futbolçu transfer etməyə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, İstanbul təmsilçisi "Kayserispor"un forvardı Ariza Makukulanı heyətinə qatmaq üçün hərəkətə keçməyə başlayıb.
"Cim Bom" nümayəndələri ilkin olaraq portuqaliyalı futbolçu ilə görüşərək, ondan "Kayserispor"u tərk etməyin əleyhinə olmadığını öyrəniblər. "Qalatasaray"ın 29 yaşlı Makukulaya görə "Kayserispor"a 1 milyon 750 min avro ödəmək fikrində olduğu bildirilir.
Qeyd edək ki, Makukula bu mövsüm Türkiyə çempionatında ən sərrast oyunçu olmuşdu.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0