“İstədiyim vaxt “Xəzər-Lənkəran”ı tərk edə bilərəm”
22.05.2010 - 12:11
“Mən “Xəzər-Lənkəran”la müqaviləmi uzatsam da, komandanı istədiyim vaxt tərk edə bilərəm. Klubla belə bir razılığımız olub. Sadəcə, indi ailə vəziyyətimlə əlaqədar heç yerə gedə bilmirəm”. Bu fikirləri Lent.az-a açıqlamasında “Xəzər-Lənkəran”la müqaviləsini 2012-ci ilin mayınadək yeniləyən Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.
Ağayev bir sıra xarici klublardan təklif aldığını etiraf etsə də, atasını tək qoyub gedə bilmədiyini bildirib. 2008-ci ilin noyabrında anasını itirən gənc qapıçı atasına mənəvi dəstək olmaq üçün hələlik Azərbaycanda oynamağa üstünlük verir. O, ölkəmizdə çıxış etdiyi müddətdə 25 yaşınadək “Xəzər-Lənkəran”da qalacağını açıqlayıb: “Mən-Xəzər Lənkəran”da 25 nömrəli formada çıxış edirəm. Bu nömrəni 25 yaşımadək Lənkəran komandasında qalmaq istədiyim üçün seçmişəm. Hazırda 23 yaşım var. Ona görə də klubumla müqaviləmi daha 2 il uzatmışam”.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0