“Xəzər-Lənkəran” klubunun ikinci transferi də yerli futbolçu oldu
22.05.2010 - 16:10
"Xəzər-Lənkəran" ikinci transferi reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bu dəfə yarımmüdafiə xəttini gücləndirmək qərarına gəlib.
“Ağ-yaşıllar” bu məqsədlə “İnter”lə müqaviləsinin müddəti başa çatan Asif Məmmədovla danışıqlar aparır. Yarımmüdafiənin həm sol, həm də sağ cinahında oynamağı bacaran 24 yaşlı Asiflə böyük ölçüdə razılığa gəlinib.
"Xəzər-Lənkəran" Asifdən öncə daha bir azərbaycanlı futbolçunu sıralarına cəlb edib. Bu, ötən ili "Qəbələ"də keçirən Vurğun Hüseynovdur. “Transfer pəncərəsi” açılanadək, Məmmədovla 2 illik müqavilənin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Asif Məmmədov bu il "İnter"lə ölkə çempionu olub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0