Araz Abdullayev milli komandadan uzaqlaşdırıldı
22.05.2010 - 23:47
“Neftçi” klubunun futbolçusu Araz Abdullayev Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, heyətdən uzaqlaşdırılan gənc futbolçu milli komandamızın mayın 23-dən iyunun 3-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Xatırladaq ki, Berti Foqtsun rəhbərliyi altında Avstriyada hazırlıq keçəcək millimiz mayın 26-da Moldova, bundan 3 gün sonra Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0