“Neftçi” – “Partizan” oyununun vaxtı dəqiqləşdi
24.05.2010 - 13:20
Mayın 25-dən 30-dək İtaliyada 1993-1994-cü il təvəllüdlü gənclərdən ibarət komandalar arasında keçiriləcək "Ciociaria World Cup-4" turnirinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizi turnirdə təmsil edəcək "Neftçi" D qrupundakı oyunlarının da vaxtı məlum olub. Bakılılar sabah Bakı vaxtı ilə 19:30-da Serbiyanın “Partizan” klubu ilə görüşəcəklər. Matç “Kassino” stadionunda keçiriləcək. Növbəti 2 qarşılaşmasını Arpino stadionunda keçirəcək ağ-qaralar mayın 26-da eyniadlı komanda, bir gün sonra “Bari” ilə üz-üzə gələcək. Bu oyunların da hər ikisi 19:30-da başlayacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0