Zeynal Məmmədov: Baş məşqçi məsələsini həll etməyin zamanıdır
24.05.2010 - 14:19
“Mövsümü major notda başa vurduq. Transfer çalışmalarına sabah və ya birisi gündən başlayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.
Dünən Azərbaycan kubokunun final görüşündə “Xəzər-Lənkəran” klubunu məğlub edərək, tarixində ikinci dəfə kuboku qazanan paytaxt təmsilçisi Avropa Liqasının oyunlarına birbaşa ikinci təsnifat mərhələdən başlayacaq.
Məmmədov indi heyəti qorumaq, eyni zamanda yeni futbolçularla anlaşmaqla yanaşı, baş məşqçi axtarışlarını davam etdirdiklərini söyləyib. O, hazırkı türkiyəli çalışdırıcıları Cüneyt Biçərin postunda qalmaq ehtimalının nə dərəcədə olduğuna da aydınlıq gətirib: “Axtarışlarımız davam edir. Ad çəkmək istəmirəm. Biçərin məsələsinə gəldikdə, bu futboldur, hər şey ola bilər. Yaxın günlərdə bütün suallara aydınlıq gətiriləcək. Ən əsası isə baş məşqçi məsələsini həll etməyin zamanıdır”.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0