Bununla da iyunun 21-də İsveçrənin Nyon şəhərində atılacaq püşk zamanı iştirakçıların bölünəcəyi səbətlər müəyyənləşib. Macarıstan çempionu daha yüksək reytinqə malik ilk “17-lik”də qərarlaşıb. Bu da onların digər səpələnmişlər kimi təmsilçimiz “İnter”in potensial rəqibi olmasına imkan yaradıb. Azərbaycan çempionu ilə qarşılaşa biləcək digər 16 komanda xeyli əvvəldən məlum idi ki, “Debretsen” də onların siyahısına qoşulub.
Qeyd edək ki, Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 21-də baş tutacaq. “İnter” öz oyunlarını iyulun 13/14 və 20/21-də keçirəcək.
Səpələnmişlər
Klub | Ölkə | Reytinq |
Hapoel (Təl-Əviv) | İsrail | 27,775 |
Sparta | Çexiya | 27,395 |
Rusenborq | Norveç | 23,980 |
Austriya (Zalsburq) | Avstriya | 19,915 |
Liteks | Bolqarıstan | 15,900 |
Dinamo (Zaqreb) | Xorvatiya | 14,466 |
Partizan | Serbiya | 13,800 |
BATE | Belarus | 13,308 |
Lex | Polşa | 11,008 |
Jilina | Slovakiya | 10,666 |
Şerif | Moldova | 5,458 |
Debretsen | Macarıstan | 5,350 |
Omoniya | Kipr | 4,599 |
AİK | İsveç | 3,838 |
Bohemians | İrlandiya | 2,908 |
Ekranas | Litva | 2,683 |
Aktobe | Qazaxıstan | 2,399 |
Səpələnməmişlər
Klub | Ölkə | Reytinq |
HİK | Finlandiya | 2,399 |
Levadiya | Estoniya | 2,374 |
Metallurq (Liepaya) | Latviya | 2,149 |
Hafnarfyordur | İslandiya | 2,083 |
Jelezniçar | Bosniya və Herseqovina | 1,749 |
Olimpi | Gürcüstan | 1,649 |
Pünik | Ermənistan | 1,599 |
Koper | Sloveniya | 1,391 |
İNTER | AZƏRBAYCAN | 1,349 |
Renova | Makedoniya | 1,316 |
Dinamo (Tirana) | Albaniya | 1,049 |
Torshavn | Farer adalrı | 0,866 |
TNS | Uels | 0,766 |
Linfild | Şimali İrlandiya | 0,574 |
Jeness | Lüksemburq | 0,249 |
I mərhələnin qalibi |
|
|
I mərhələnin qalibi |
|
|
Vüqar XEYRULLAYEV
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"