2010-cu ilin 4-cü “kəşf”i
27.05.2010 - 12:07
Azərbaycan milli komandasının Moldova yığması ilə Avstriyada keçirdiyi yoxlama oyunu daha bir futbolçunun debütü ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran”ın yeni transferi Vurğun Hüseynov matçın gedişində komanda yoldaşını əvəzləməklə karyerasında ilk dəfə millinin matçının iştirakçısına çevrilib. Bununla da ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmanın 18 illik tarixində şərəfini qorumuş futbolçuların ümumi sayı 163-ə çatıb.
Qeyd edək ki, Hüseynov yığmadakı ilk matçını bu il keçirən 4-cü futbolçudur. Berti Foqts ilin arxada qalan hissəsində Fərid Quliyev, Rauf Əliyev və Əfran İsmayılova da debüt şansı vermişdi.
Vüqar XEYRULLAYEV

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0