Dünyanın ən qoca məşqçisi 93 yaşında istefa verdi
27.05.2010 - 13:40
Dünyanın ən qoca futbol məşqçisi sayılan Ayvor Pauell İngiltərənin 6-cı liqasında çıxış edən “Tim Bat” komandasından istefa verib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 93 yaşlı Pauell son illərini komandada baş məşqçi köməkçisi kimi keçirib.
O, oyunçu karyerası ərzində Uels millisində 14 dəfə forma geyinib və “Blekpul”un məşhur futbolçusu Stenli Metyuzla çiyin-çiyinə çıxış edib. Pauell 1950-ci ildən məşqçiliyə başlayıb. O, İngiltərənin bir neçə komandasına, həmçinin Yunanıstan PAOK-una rəhbərlik edib. Ümumilikdə, britaniyalı mütəxəssis 9000 futbolçunu hazırlayıb. Bat şəhər universitetini təmsil edən “Tim Bat”a isə Pauell 1973-cü ildə məşqçi təyin olunub. O, komandanı 2002-ci ildə İngiltərə Kubokunun əsas turnirinə çıxararaq, “Tim Bat”a 122 illik tarixi ərzində ilk belə uğuru qazandırıb.
Pauell dünyanın ən qoca məşqçisi kimi 2004-cü ildə Uelsin İdman Şöhrət Zalına, 2006-cı ildə isə Ginnesin rekordlar kitabına düşüb. O, 2008-ci ildə Britaniya İmperiyası ordeninin üzvü olub.

- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0