Milli komandamız Respublika gününü Avstriyada qeyd edəcək
27.05.2010 - 14:28
Azərbaycan milli komandası Respublika gününü Avstriyada qeyd edəcək. Avstriyada olan AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevin apasport.az saytına verdiyi məlumata görə, bu ölkəyə yollanan yığmamızın üzvləri, nümayəndə heyətimiz sabah Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92 illiyini birgə keçirəcək.
Bununla bağlı həmyerlilərimizin qaldığı hoteldə tədbir olacaq. Nümayəndə heyətinə başçılıq edən AFFA-nın baş katibi Elxan Məmmədov dövlət bayramı münasibətilə təbriklərini çatdıracaq.
Qeyd edək ki, milli komandamız bayram gününün ertəsi Avstriyada ikinci yoldaşlıq görüşünü çıxacaq. Moldova ilə 1:1 hesablı heç-heçə edən Berti Foqtsun baş məşqçisi olduğu yığmamız mayın 29-da Makedoniya ilə qüvvəsini sınayacaq.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0