“Olimpik-Şüvəlan” qapıçısı ilə müqaviləni uzatdı
01.06.2010 - 23:02
"Çempionat yeni başa çatsa da, rəhbərliklə söhbətim olub. Başqa komandalardan dəvət olmasına baxmayaraq, ilk növbədə öz klubumla danışığa getdim. Şərtlər qaneedici olduğuna görə, yeni 1 illik müqaviləyə qol çəkdim". Bu sözləri apasport.az saytına açıqlamasında "Olimpik-Şüvəlan"ın qapıçısı Cahangir Həsənzadə deyib.
31 yaşlı qapıçı bildirib ki, ötənilki müqaviləsinin şərtlərində müəyyən dəyişiklik baş verib: "Adətən, yeni müqavilə bağlayanda söhbət uzanır. Onlar təklifi irəli sürdülər, mən də razılaşdım. Qərarımdan məmnunam".
Cahangir Həsənzadə “Olimpik-Şüvəlan”ın növbəti mövsüm üçün planları barədə də danışıb: "Klub rəhbərliyi, baş məşqçi hazırda Azərbaycanda deyil. Onlar qayıtdıqdan sonra komandanın qarşısında duran planlar müəyyənləşəcək. Amma əlbəttə ki, futbolçular arasında müəyyən söhbətlər gedir. Biz daha yüksək vəzifənin öhdəsindən gəlmək üçün çalışacağıq. Artıq klub mübariz heyəti formalaşdırmağa başlayıb".
Qeyd edək ki, Cahangir Həsənzadə "Olimpik-Şüvəlan"a Əsgər Abdullayevin vaxtında cəlb olunub. O, çempionat boyu Elşən Poladovla əsas heyətə düşmək uğrunda mübarizə aparıb.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0