Fərid Quliyev: Məni Vüqar Nadirov əvəz edəcək
02.06.2010 - 19:40
“Honduras yığması ilə oyunda da meydana çıxmağı çox istərdim. Ancaq zədəm buna imkan verməyəcək”. Bu fikirləri apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan yığmasının hücumçusu Fərid Quliyev deyib. Ötən çempionatımızda vurduğu 16 qolla bombardir olan 24 yaşlı futbolçu Avstriyadakı təlim-məşq toplanışında Moldova və Makedoniya yığmaları ilə görüşlərdə əsas heyətdə yer almışdı. Ancaq son oyunda artıq fasilədə əvəzlənən Fəridin zədə ilə bağlı problemi var. Daban nahiyəsindən xəsarət alan Quliyev qrup halında çalışmalardan kənarda qalıb və yalnız dünəndən məşqlərə başlayıb: “Zədəli olduğum üçün oynamayacağam. Məni Vüqar Nadirov əvəz edəcək”.
Qeyd edək ki, Vüqar hələ ki Avstriyada yoxlama oyunlarında meydana çıxmayıb.
Qeyd edək ki, Vüqar hələ ki Avstriyada yoxlama oyunlarında meydana çıxmayıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0