Türkiyə yığmasının sabiq futbolçusu “Neftçi”yə gəlmək istəmir
04.06.2010 - 10:24
Bakının “Neftçi” klubunun transfer etmək istədiyi Hasan Üçüncü karyerasını ölkəmizdə davam etdirmək istəmir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin israrla sıralarına qatmaq istədiyi 30 yaşlı yarımmüdafiəçi aldığı təkliflərə münasibətini açıqlayıb.
“Neftçi” ilə yanaşı, Türkiyənin “Orduspor” və “Mersin İdman Yurdu”ndan da dəvət alan Hasan hazırda şərəfini qoruduğu “Rizəspor”u tərk etməyə tələsmədiyini bildirib: “Bu komandaya vəfa borcum var. İlk növbədə Rizədə qalmaq istəyirəm. Klub rəhbərliyinin məni heyətdə görmək istəmədiyi halda, təklifləri dəyərləndirəcəyəm”.
Qeyd edək ki, 1995-99-cu illərdə Türkiyənin U-15, U-16, U-17, U-18, U-19 yığmalarının şərəfini qoruyan Üçüncü millilərin heyətində üst-üstə 73 matç keçirib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0