Zaur Tağızadə yenə “Neftçi”dən vaxt istədi
10.06.2010 - 17:27
Azərbaycan yığmasının sabiq üzvü Zaur Tağızadə Bakının "Neftçi" klubundan yenə vaxt istəyib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi qərar qəbul etməkdə çətinlik çəkir.
Zaur Tağızadə həmyaşıdı Samir Əliyevlə birgə "Neftçi"nin heyətindən uzaqlaşdırılıb. Amma rəhbərlik onun komandada qalıb, əsas heyətdə məşqçi işləməyi təklif edib. Zaur bu təklif barəsində fikirləşəcəyini deyərək, bazadan ayrılıb. Rəhbərlik onunla əlaqə saxlayaraq, fikrini öyrənib. Maraqlıdır ki, Tağızadə 6 il şərəfini qoruduğu paytaxt komandasından yenə vaxt istəyib. Zaurun klubda fəaliyyətini davam etdirib-etdirməyəcəyinə yaxın günlərdə aydınlıq gəlməlidir.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0