Azərbaycan futbolçuları üçün “Horni Poçerniçe”
08.07.2010 - 12:17
Qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu avqustun 25-də Çexiya millisinə qarşı keçirəcək. Apasport.az saytının xəbərinə görə, artıq oyunun baş tutacağı arenanın adı dəqiqləşib. Millimiz qrup mərhələsinə Çexiyanın Horni Poçerniçe şəhərində yerləşən “Horni Poçerniçe” stadionunda yekun vuracaq.
Qeyd edək ki, bu komandalar arasında martda Bakıda keçirilən oyunda Çexiya futbolçuları 5:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında martda Bakıda keçirilən oyunda Çexiya futbolçuları 5:0 hesabı ilə qələbə qazanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0