“Qarabağ” klubunun Avropa Liqasının II mərhələsində rəqibi bəlli oldu
08.07.2010 - 21:54
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Şimali İrlandiyanın “Portadaun” klubu ilə qarşılaşacaqlar. Bu, I təsnifat mərhələsinin bu gün Riqada keçirilən oyunundan sonra məlum olub.
Latviyanın ən titullu klubu “Skonto” ilə qarşılaşan Böyük Britaniya təmsilçisi 1:0 heablı səfər qələbəsi sayəsində II təsnifat mərhələsinə adlayıb. Qonaqların yeganə qolunu 29-cu dəqiqədə Riçard Lekki vurub. Komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatdığından “Portadaun” “Qarabağ”ın rəqibi olub.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 15 və 22-də keçiriləcək. Ağdamlılar I təsnifat mərhələsində olduğu kimi yenə ilk oyunu Bakıda keçirəcəklər.

- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
0
0