Nikolay Bunya: Biz “Xəzər-Lənkəran”dan daha yaxşı komandayıq
08.07.2010 - 22:13
“Azərbaycanda gördüyüm qonaqpərvərliyə görə minnətdaram”. Apasport.az saytının xəbərinə görə, bunu “Olimpiya” klubunun baş məşqçisi Nikolay Bunya deyib.
Moldova təmsilçisi bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Lənkəranda “Xəzər-Lənkəran”la heç-heçə oynayıb – 1:1. Kişinyovdakı ilk matçda hesab açılamadığından “Olimpiya” rəqib meydanında vurulan qol sayəsində mərhələ adlayıb. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Bunya bildirib ki, komandasının sərgilədiyi oyundan razı qalıb: “Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. Rəqibin heyətində fərdi keyfiyyətlərə görə fərqlənən futbolçular var idi. Məsələn, Lalin, Opaera, Souza. “Xəzər-Lənkəran” yaxşı komandadır. Amma biz onlardan daha yaxşıyıq”.

- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
0
0