“Mircavadovun püşkdən sonra dediyi fikirlər bizi qıcıqlandırmışdı”
08.07.2010 - 22:27
“Xəzər-Lənkəran” yaxşı komandadır. Ancaq püşk atıldıqdan sonra Ağasəlim Mircavadovun komandamızı zəif sayması barədə açıqlaması, onun fikirləri bizi qıcıqlandırmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpiya” klubunun prezidenti Sergey Kiselyov deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran Moldova təmsilçisinin rəhbəri bildirib ki. növbəti mərhələdə də uğurla çıxış etmək istəyirlər: “Biz sübut etdik ki, “Xəzər-Lənkəran”dan güclüyük. Rəqib komandanın vitse-prezidenti Tuyqun Nadirovu Buxarestin “Dinamo” klubu ilə keçirəcəyimiz oyunlara dəvət edirəm”.
Qeyd edək ki, “Olimpiya” və “Xəzər-Lənkəran” arasındakı oyunlarda qalib müəyyənləşməyib. İlk oyunda 0:0, bu gün Lənkəranda baş tutan cavab matçında 1:1 hesabı qeydə alınıb. Moldovalılar məhz rəqib meydanında vurduğuqları qol sayəsində II mərhələyə yüksəliblər.

- Antonio Nusa fərqləndi - Matçın oyunçusu seçildi
- “Real” Enzo transferində geri addım atır: “Çelsi”nin tələbi yüksəkdir
- UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
- “Tottenhem” klub tarixinin rekord transferini reallaşdırır - 85 milyon funt
- “Leyptsiq”də yeni təyinatlar: Demikelisin köməkçiləri açıqlandı
0
0