Futbolçu qol vuran kimi “doğdu” – VİDEO
10.08.2010 - 13:52
İslandiyanın “Styarnan” klubunun futbolçusu Xaldor Orri Byornsson “Selfoss” komandası ilə ölkə çempionatı matçında vurduğu qolu qeyd edərkən, uşaq doğuşunu təsvir edib. Lent.az-ın məlumatına görə, Byornsson topu futbolkasının altına soxaraq, hamilə qadın görkəmi alıb.
Sonra həmin oyunçu qazona uzanıb və komanda yoldaşları ona “doğmaqda” kömək ediblər. Görüş “Styarnan”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın futbolçuları hər bir qolu qeyri-adi formada qeyd ediblər. Onlar gah xarab olan maşının mühərrikinin işə salınması, gah da huşunu itirmiş insan görüntüsü yaradıblar.
“Styarnan”ın futbolçuları vurduqları qolları iyuldan etibarən qeyri-adi formada qeyd etməkdə populyarlıq qazanıblar. Onların qol sevinci üsullarını dəqiq yerinə yetirmək üçün məşqlər etdikləri bildirilir.
Qeyd edək ki, “Styarnan” İslandiya çempionatında 15 turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb. Ümumilikdə, çempionatda 12 komanda iştirak edir.

0
0