Frants Bekkenbauer: Ballak Azərbaycan yığmasına qarşı oynamasa yaxşıdır
23.08.2010 - 11:24
“Mixael Ballak Almaniya yığmasına çağırılmaq üçün əvvəlki oyun formasını bərpa etməlidir. Hal-hazırda o, lazım olan kondisiyalara malik deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Bavariya” klubunun fəxri prezidenti Frants Bekkenbauer deyib.
Alman futbolunun əfsanəsi bu yay Bundesliqaya qayıdıb “Bayer”lə anlaşan Mixael Ballakın yığmaya qayıtmağının tez olduğunu düşünür. Bekkenbauerin fikrincə, zədə üzündən dünya çempionatının final mərhələsini buraxan 34 yaşlı yarımmüdafiəçi sentyabrın 3-də Belçika, 7-də isə Azərbaycan milliləri ilə görüşlərdə oynamağa hazır deyil: “Ballak əvvəl öz klubunda qüvvəsini toplamalıdır. O, hadisələri qabaqlamaq istəsə özü özünə pislik etmiş olacaq”.
Qeyd edək ki, Ballak “Bayer”ə qayıtdıqdan sonra Bundesliqada ilk oyununu Dortmundda “Borussiya”ya qarşı keçirib.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0