“Qalatasaray”ın zədəli futbolçusu Vilfrid Sinqonun yaşıl meydanlara qayıdışı gözləniləndən gec olacaq.
Apasport.az xəbər verir ki, Fil Dişi Sahili yığmasının üzvünün milli fasilədən sonra da oynamağa hazır vəziyyətə gəlməyəcəyi bildirilib.
Sinqonun Superliqada “Kasımpaşa”, UEFA Çempionlar Liqasının liqa mərhələsində isə “Barselona” ilə qarşılaşmaları buraxacağı gözlənilir.
25 yaşlı müdafiəçi sentyabrın əvvəlində məşq zamanı sağ dizinin arxa nahiyəsindən zərbə alıb.
Müayinələrdən sonra futbolçunun sağ bud arxa əzələ qrupunda tendon və əzələ toxumasını əhatə edən zədə və qanaxma aşkarlanmışdı.
Daha əvvəl Sinqonun milli fasilədən sonra komandaya qoşulacağı gözlənilsə də, son məlumatlar onun bərpa prosesinin uzandığını göstərir.
Qeyd edək ki, “Qalatasaray” oktyabrın 13-də Çempionlar Liqasının II turunda “Barselona”nı qəbul edəcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq