Foqts “Neftçi”nin futbolçusunu yığmadan kənarlaşdırdı
24.08.2010 - 12:20
Təlim-məşq toplanışına yığışan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, avqustun 23-dən başlayan hazırlıqlara qatılan Cavid İmamverdiyev heyətdən kənarlaşdırılıb. Buna futbolçunun durumu səbəb olub. Belə ki, yığmanın baş məşqçisi Berti Foqts “Neftçi”nin 22 yaşlı yarımmüdafiəçisinin hazırlıq səviyyəsi qənaətbəxş olmamağından narazı qalıb.
Qeyd edək ki, Unibank Premyer Liqasının ilk turunun “Qarabağ”la oyununda 35 dəqiqə meydanda olan Cavid növbəti iki matçda heç “18-liy”ə də düşməyib.
Mənbə: affa.az
Qeyd edək ki, Unibank Premyer Liqasının ilk turunun “Qarabağ”la oyununda 35 dəqiqə meydanda olan Cavid növbəti iki matçda heç “18-liy”ə də düşməyib.
Mənbə: affa.az
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0