“Rəşad Sadıqovun gedişi “Qarabağ”da problem yaratmayacaq”
02.09.2010 - 14:25
“Rəşad Sadıqovun komandadan ayrılması, müdafiə xəttində elə də böyük problem yaratmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Zaur Həşimov deyib.
Avropa Liqasının pley-off mərhələsində Dortmund “Borussiya”sına uduzduqdan sonra “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov dərhal ölkə xaricinə üz tutdu. Milli komandamızın kapitanı Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspo”la müqavilə imzalayıb. Ağdam təmsilçisinin aparıcı üzvünü gedişi təbii ki, müəyyən boşluqlar yaradacaq. Ancaq Həşimov onun yerini doldurmağa çalışacaqlarını bildirib: “Belə götürəndə, Rəşad ötən mövsümün birinci dövrəsində də meydana çıxmamışdı. Düzdür, həm lider, həm də aparıcı oyunçu kimi yeri görünəcək. Amma çalışacağıq ki, bunu hiss etdirməyək”.
Əsasən ehtiyatda qalan Həşimovun bundan sonra əsas heyətdə almaq şansı xeyli artıb. Belə ki, məhz Rəşadın yoxluğunda baş məşqçi Qurban Qurbanov ona güvənirdi. Ancaq Zaur tələsməməyi məsləhət bilib: “Aftandil Hacıyev də var. Qərarı baş məşqçi verəcək. O, kimi istəsə, onu da oynadacaq. Biz futbolçuların işi oyuna hazır olmaq, verilən şansları dəyərləndirməkdir. Şükürlər olsun ki, zədəm yoxdur. Oynamağa hazıram”.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0