Portuqaliyanın “Benfika” klubu argentinalı futbolçusu Canluka Prestiyanni ilə müqaviləni uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, Lissabon təmsilçisi 20 yaşlı cinah hücumçusu ilə yeni sözləşmə barədə razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında imzalanacaq yeni müqavilə 2031-ci ilin iyununa qədər qüvvədə olacaq.
“Benfika” gənc futbolçunu uzun müddət heyətində saxlamaq niyyətindədir. Prestiyanninin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər idi.
Qeyd edək ki, argentinalı futbolçu 2024-cü ilin yanvarında “Veles Sarsfild”dən “Benfika”ya transfer olunub. Transfermarkt portalı onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.