Roberto Karlos qapıya top atdı, alimlər 13 ilə çıxartdı - VİDEO
03.09.2010 - 17:30
Roberto Karlos qapıya top atdı, alimlər 13 ilə çıxartdı - VİDEO
Fransız alimlər Roberto Karlosun 1997-ci ildə vurduğu məşhur qolun sirrini açıblar. Apasport.az saytının məlumatına görə, fiziklər Fransa və Braziliya milli komandalarının arasında keçirilən yoldaşlıq görüşündə fərqlənən müdafiəçinin 35 metrdən vurduğu cərimə zərbəsinin qapıdan necə keçdiyini müəyyənləşdiriblər. 13 ildir bu qolun üzərində baş sındıran fransalılar məsələnin elmi izahını verib.

Fransanın “Ekol Politexniki İnstitutu”nun fiziklərinin araşdırmalarına görə, Karlosun yerinə yetirdiyi cərimə zərbəsindən sonra havada olan top saniyədə öz ətrafında 5 dəfə dövr edib. Məsafənin böyük əhəmiyyət kəsb etdiyi cərimə zərbəsində top “canlı səddə” yaxınlaşarkən öz ətrafında dövr etməsi içindəki hava kütləsinə təsir edərək, istiqaməti əks tərəfə dəyişib. Bunun nəticəsində top küncə çıxmalı olduğu halda, fırlanıb tora daxil olub.

Qeyd edək ki, Karlosun “qəhrəmanlıq” etdiyi həmin oyun 1997-ci il iyunun 3-də keçirilib və 1:1 hesabı ilə başa çatıb.
0