Argentinada 16 yaşlı futbolçu oyunda aldığı zədədən ölüb - VİDEO
18.11.2026 - 12:31
Argentinada 16 yaşlı futbolçu Abel Nunez oyun zamanı aldığı ağır xəsarət nəticəsində həyatını itirib.
Apasport.az xəbər verir ki, “Ezeiza” klubunun üzvü “Deportivo Muniz”lə qarşılaşmada ağır zədə alıb.
Rəqibin qol vurmasına mane olmağa çalışan gənc futbolçunun başı qarşı tərəfin oyunçusunun baldırına çırpılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb.
Xəstəxanaya çatdırılan Nunez əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
0
0