Fariz Nəcəfov: Komandamız gündən-günə formalaşır
12.09.2010 - 10:15
“Çempionatın başlanğıcını belə gözləmirdik. Bunun da əsas səbəbi təqvimin bizim üçün əlverişsiz olması idi. Komandamız tam formalaşmamış iddialılarla qarşılaşdıq. Əgər o qədər də iddialı olmayan rəqiblərlə qarşılaşsaydıq özümüzə gələrdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
O, Unibank Premyer Liqasının V turunun “Turan”la səfər mtçında qələbə qazanan komandasından razı qalıb. Nəcəfov mövsümdəki ilk qələbənin “Qəbələ” üçün əhəmiyyətli olduğunu bildirib: “MOİK-lə oyundan sonra komandamızın öz oyununu tapdığını bildirmişdim. “Turan” çox əzmkar komandadır. Ancaq buna baxmayaraq, komandamız qələbə qazanmağı bacardı. Bu oyun bir daha göstərdi ki, komandamız gündən-günə formalaşır. Bilirdik ki, bir qələbə qazansaq hər şey qaydasına düşəcək. İlk 4 turdan sonra uşaqlarda inamsızlıq yaranmışdı. Bu oyundan sonra qələbələrə olan inamımız daha da artacaq”.
Qeyd edək ki, əvvəlki turlarda “Xəzər Lənkəran”, “Neftçi” və “Bakı”ya uduzan “Qəbələ” yalnız MOİK-lə görüşdə 1 xal qazanmışdı.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0