“Neftçi” – “Muğan” oyununun saatı məlum oldu
12.09.2010 - 18:38
Unibank Premyer Liqasının V turunun son matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 14-də baş tutacaq “Neftçi” – “Muğan” matçının başlama saatı məlum olub. Sentyabrın 11-də keçirilməli olan, lakin təxirə salınan görüş saat 19:00-da başlayacaq. Matç əvvəlcədən planlaşdırıldığı kimi Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Qeyd edək ki, güclü yağış üzündən vaxtında keçirilməyən görüş ayın 11-də baş tutsaydı saat 20:00-da başlayacaqdı.
Qeyd edək ki, güclü yağış üzündən vaxtında keçirilməyən görüş ayın 11-də baş tutsaydı saat 20:00-da başlayacaqdı.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0