MOİK də Respublika stadionuna üz tutdu
16.09.2010 - 11:20
Unibank Premyer Liqasının VI turunun MOİK - "Neftçi" oyununun keçirilmə yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, paytaxt derbisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Buna səbəb isə MOİK-in ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun ot örtüyünün pis vəziyyətdə olmasıdır. Şənbə günü, 18 sentyabrda keçiriləcək MOİK - "Neftçi" qarşılaşmasının başlama saat 19:00-dır.
Qeyd edək ki, rəqiblərini Respublika stadionunda qəbul edən “Neftçi” və “Bakı”dan başqa “Qarabağ” da bir oyunluq bu arenaya üz tutub.
Mənbə: pfl.az
Qeyd edək ki, rəqiblərini Respublika stadionunda qəbul edən “Neftçi” və “Bakı”dan başqa “Qarabağ” da bir oyunluq bu arenaya üz tutub.
Mənbə: pfl.az
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0