Vaqif Cavadovun zədələdiyi futbolçu bu gün məşqlərə başlayır
16.09.2010 - 23:08
Almaniya milli komandasının futbolçusu Per Mertezaker bu gündən məşqlərə başlayır. Apasport.az saytının məlumatına görə, vətənində “Verder” klubunun şərəfini qoruyan müdafiəçi Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun dirsək zərbəsindən sonra nəhayət ki, meydana qayıdır.
Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də keçirilən qarşılaşmada aldığı zərbədən almacıq sümüyü sınan Mertezaker komandasının hazırlıqlarına xüsusi maska ilə qatılacaq. Bu xəsarət alan yeri qorumaq məqsədi daşıyır. Per zədəsi sağalana kimi maska ilə məşq keçməli olacaq. Lakin bu, o demək deyil ki, Mertezaker oyunlarda da iştirak edəcək. Onun zədə aldığı vaxtdan ən azı bir ay keçməmiş rəsmi matçlara çıxacağı inandırıcı deyil.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0