“Bakı” sabah Zaqatalaya yollanacaq
17.09.2010 - 14:13
“Bakı” Unibank Premyer Liqasının VI turu çərçivəsində Zaqatalanın “Simurq” klubu ilə səfər oyununa hazırlıq başa çatdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, son ölkə kubokunun qalibi bu gün bir məşq keçəcək. Almaniyalı baş məşqçi Vinfred Şafer futbolçuları klubun təlim-məşq bazasının süni örtüklü meydançasında məşqə çıxaracaq. Almaniyalı mütəxəssis “Simurq”la süni örtüklü meydançada görüşəcəklərini hazırlıq planında nəzərə alıb. “Bakı” sabah səhər 10:00-da səfərə çıxacaq. “Zolaqlılar” son məşqini saat 19:00-da Zaqataladakı stadionda keçirəcək.
Qeyd edək ki, “Simurq” – “Bakı” oyunu sentyabrın 19-da saat 19:00-da başlayacaq.
Mənbə: fcbaku.az
Qeyd edək ki, “Simurq” – “Bakı” oyunu sentyabrın 19-da saat 19:00-da başlayacaq.
Mənbə: fcbaku.az
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0