“Vinfred Şaferin istefaya göndəriləcəyini düşünmürəm”
21.09.2010 - 12:44
“Komandamızın bu uğursuz çıxışa ən qısa zamanda son qoyulacaq. Son oyundan sonra hələ futbolçularla görüşməmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq vitse-prezidenti Tunc Afşar deyib.
Ölkə kubokunun sonuncu sahibi, Premyer Liqanın gümüş mükafatçısı olan “Bakı” cari mövsümdə uğursuz çıxışı ilə daha çox yadda qalıb. Belə ki, paytaxt təmsilçisi keçirdiyi 5 oyundan yalnız 1-də qələbə qazanıb. Digər 2 oyunda heç-heçə edən “zolaqlılar” bir o qədər də məğlubiyyətlə üzləşib. Ancaq türkiyəli mütəxəssis klubun tezliklə bu vəziyyətdən çıxacağına inandığını deyib: “İki ildir “Bakı”da çalışıram. Çatışmazlıqlar var, bunu kimsə dana bilməz. Əvvəllər də belə şeylər olub. Ona görə də komandanın toparlanacağına inanıram. Futbolçular da yaxşı şeylər haqda düşünürlər. Onlar da uduzmaq istəmirlər. Yəqin “Turan”la qarşılaşmada bu uğursuzluğa son qoyular”.
Adətən komanda istənilən oyunu ortaya qoymayanda baş məşqçi istefaya göndərilir. Mövsümlərarası fasilədə “Bakı”nın sükanı arxasına gətirilən almaniyalı Vinfred Şafer hələ də yetirmələri ilə birgə ümidləri doğrultmur. Ancaq Afşar almaniyalı mütəxəssisin belə tezliklə istefaya göndəriləcəyinə inanmır: “Şaferin istefaya göndəriləcəyini düşünmürəm”.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0