Fatih Terim Rəşad Sadıqovun yanına gəlir
21.09.2010 - 14:00
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, mövsümə uğursuz başlayan Əskişəhər təmsilçisi indiki baş məşqçisi Rza Çalımbayla yollarını ayırmaq niyyətindədir. Türkiyə mətbuatının iddiasına əsasən klub rəhbərliyi bu postda görmək istədiyi Fatih Terimlə danışıqlara başlayıb.
Klub rəsmiləri bunu təkzib etsə də, həmkarlarımız Türkiyə milli komanadsının və “Qalatasaray”ın “sükanı arxasında” böyük uğurlar qazanan və “İmperator” ləqəbini qazanan mütəxəssisin Çalımbayın xələfi olacağını iddia edir. UEFA kubokunun qalibi və Avropa çempionatının bürünc mükafatçısı olan Türimin “Əskişəhərspor”un prezidenti Xəlil Ünalla görüşdüyü bildirilir.
Qeyd edək ki, Sadıqovun hələ debüt etmədiyi komanda Türkiyə Superliqasındakı 5 oyundan sonra cəmi 2 xal toplayıb.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0