Rahid Əmirquliyev: Biz “Neftçi” klubundan yaxşı oynadıq
26.09.2010 - 12:32
“Derbilər həmişə çətin olur. Bu da onlardan biri idi. Sevindik ki, son dəqiqələrdə də olsa qələbə qolunu vura bildik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Rahid Əmirquliyev deyib.
Unibank Premyer Liqasının VII turunun “Neftçi” ilə oyunu barədə fikirlərini açıqlayan Əmirquliyev bildirib ki, komandası rəqibdən daha yaxşı oynadı: “Məncə, biz “Neftçi”dən daha yaxşı oynadıq. Çempionat yeni başlayıb. Lider olub və olmamağın elə bir əhəmiyyəti yoxdur. Qarşıda bizi uzun marafon gözləyir. Belə oyunlar çox olacaq. Çalışacağıq ki, bütün oyunlarda qələbə qazanaq”.
Qeyd edək ki, öz meydanında “Neftçi” üzərində qələbə qazanan (1:0) “Xəzər Lənkəran” turnir cədvəlində vahid liderdir.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0