“Biz əsl derbinin şahidi olduq” - FOTO
26.09.2010 - 16:15
“Bu görüş bizim üçün prinsipial əhəmiyyət daşıyırdı. Hələ oyundan bir həftə əvvəl hamı bu qarşılaşma haqda danışırdı. Biz əsl derbinin şahidi olduq. Fikrimcə, biz qələbəyə layiq idik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun futbolçu Elnur Allahverdiyev deyib.
Milli komandamızın da şərəfini qoruyan müdafiəçi Unibank Premyer Liqasının VII turunda “Neftçi” üzərində qazanılan 1:0 hesablı qələbə haqda fikirlərini bildirib: “Komandamız rəqibdən güclü idi. Oyuna yaxşı hazırlaşmışdıq və biz qələbə qazanmalı idik. Fikrimcə, “Xəzər Lənkəran” sona qədər oynadığı üçün qələbə qazandı. Özünüz də gördüyünüz ki, biz qolu son dəqiqələrdə vurduq. Stadionda futbol üçün hər şey var idi: azarkeşlər, futbol ab-havası, mübarizə və həlledici qol. Bundan başqa, deyərdim ki, bu oyun avrokubok görüşlərindən geri qalmadı. Premyer Liqanın bütün oyunlarının belə keçməsini arzulayardım”.
Mənbə: extratime.az

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0