“Xəzər Lənkəran”ın legioneri Yunanıstana aparılır
29.09.2010 - 09:22
Azərbaycan milli çempionatında oynayan üç latviyalı futbolçu Yunanıstana gedəcək. Apasport.az saytının məlumatına görə, qapıçısı Denis Romanov (“Xəzər Lənkəran”), yarımmüdafiəçi Andrey Rubin (“Qarabağ”) və hücumçu Girts Karlson (“İnter”) yığmalarının Avro-2012-nin seçmə mərhələsində növbəti iki rəsmi görüşünə çağırılıb. Baş məşqçi Aleksandr Starkov onları oktyabrın 8-də Yunanıstanla səfər, bundan 4 gün sonra Gürcüstanla ev oyununa dəvət edib.
Qeyd edək ki, Rubinlə Karlson yığmalarının əsas heyət oyunçusu olduğu halda, Romanov “Xəzər Lənkəran”da olduğu kimi ehtiyatda qalır. O, yığmada üçüncü qapıçı sayılır.
Qeyd edək ki, Rubinlə Karlson yığmalarının əsas heyət oyunçusu olduğu halda, Romanov “Xəzər Lənkəran”da olduğu kimi ehtiyatda qalır. O, yığmada üçüncü qapıçı sayılır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0