Azərbaycan çempionu şou göstərdi
29.09.2010 - 19:40
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə Azərbaycan təmsilçisi “Araz” Latviya çempionu “Nikars”la qarşılaşıb.
Ötən mövsüm Avropa üçüncüsü olan naxçıvanlılar Rumıniyada təşkil olunan 3-cü qrupun oyunlarında ikinci qələbəsini qazanıb. Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunda komandamız rəqibini 7:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Digər matçda İrlandiyanın “Sportinq Finqal” komandası “Siti” ilə qarşılaşacaq. Bu oyunun nəticəsinə əsasən komandamız mərhələyə adlaya bilər.
Reqlamentə görə, qrupda 2 ən yaxşı komanda növbəti mərhələyə yüksəlir. Hər iki matçını qələbə ilə başa vuran təmsilçimiz də mübarizəni davam etdirənlər arasında olacaq.
“Araz” son oyununu oktyabrın 1-də “Siti”yə qarşı keçirəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0