“Əskişəhərspor” baş məşqçi tapdı - FOTO
29.09.2010 - 16:22
“Hal-hazırda Türkiyə mətbuatı bir çox mütəxəssisləri “Əskişəhərspor”un baş məşqçisi postuna gətirir. Lakin onlardan yalnız biri bizim üçün gündəmdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Əskişəhərspor” klubunun prezidenti Halil Ünal deyib.
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Superliqa təmsilçisinin rəhbəri bildirib ki, Rza Çalımbayın istefasından sonra boş qalan baş məşqçi postuna cəmi bir namizəd var: “Bu, 2007-09-cu illərdə “Trabzonspor”u çalışdırmış Ərsun Yanaldır. Bu dəqiqə onunla birlikdə toplantıdayıq. Lakin onunla ortaq məxrəcə gəlməyə də bilərik. Belə olarsa, 1-2 yeni namizədlə bağlı götür-qoy edəcəyik. Amma onlar da əcnəbi yox, yerli mütəxəssis olacaq”.
Qeyd edək ki, Yanal vaxtilə “Dənizlispor”, “Mandıraspor”, “Ankaragücü”, “Gənclərbirliyi”, Türkiyə milli komandası, “Vestel Manisaspor” və “Trabzonspor”un baş məşqçisi olub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0