Məşhur futbolçunun itmiş sənədləri Bakıda tapılıbmış
30.09.2010 - 11:35
2008-ci ilin avqustunda İngiltərənin “Tottenhem” klubuna keçərkən, Rusiya milli komandasının futbolçusu Roman Pavlyuçenkonun itmiş sənədləri Bakıda tapılıbmış. Bu haqda Lent.az-a ekspress-daşıma ilə məşğul olan tanınmış beynəlxalq şirkətlərdən birinin Bakı ofisinin əməkdaşı məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, əslində Pavlyuçenkonun sənədləri Moskvadan İngiltərənin paytaxtı Londona göndərilməli, oradan isə “Tottenhem” klubuna çatdırılmalı imiş. Lakin futbolçunun şəxsi sənədləri və oyunlarının disklərindən ibarət bağlama səhvən Azərbaycan paytaxtına gəlib. Bundan xəbər tutan rusiyalı forvard şirkətin Bakı ofisinə zəng vurub. O, itirilmiş sənədləri ilə maraqlanıb. Şirkətdən isə Pavlyuçenkoya deyiblər ki, sənədlərinə görə narahat olmasın, tezliklə Londonda “Tottenhem”in ünvanına çatdırılacaq.
Qeyd edək ki, Roman Pavlyuçenko “Tottenhem”ə Rusiya “Spartak”ından 17 milyon avro qarşılığında transfer olub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0